Azvision.az xəbər verir ki, bu barədə "Republika.am" saytı məlumat yayıb. O qeyd edib ki, Rusiyanın müttəfiqi olan İrəvanda artıq Dağlıq Qarabağ məğlubiyyəti unudulub. Mixe ermənilərin nankorluğuna da söz atıb:
"Ermənistanın suverenliyini rus əsgərləri qoruyur, amma İrəvan Fransa və Amerikaya doğru baxır... Onlar Dağlıq Qarabağdakı məğlubiyyəti unudaraq, Türkiyə və Azərbaycan tərəfindən parçalanmaq üçün təslim olmağa belə hazırdırlar. Bu, Paşinyan hökumətinin imicidir. Bu Ermənistandakı mövcud faciəli vəziyyətdir”.
Tural Tağıyev
Azvision.az