Türkiyə Yunanıstanı hiddətləndirib

Türkiyə Yunanıstanı hiddətləndirib
  16 Mart 2014    Oxunub:1068
“Türkiyə hökümətinin xristian kilsəsi olan Aya-Sofyanı məscidə çevirməklə bağlı istənilən cəhdi ciddi nəticələrə səbəb olacaq və Türkiyəni bütün xristian dünyasına qarşı qoyacaq.”

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, bu fikri Yunanıstanın mədəniyyət naziri Panos Panayotopulos səsləndirib.

“Bu təmamilə qəbuledilməzdir. Dünya sivilizasiyasına məxsus abidələr dini mənsubiyyətindən asılı olmayaraq bütün insanlar üçün əlçatan olmalıdır. Əgər Müqəddəs Sofya dini ziyarətgaha çevriləcəksə o yalnız provaslavların məbədi olmalıdır. Xristian məbədinin məscidə çevrilməsi təkcə Yunanıstan-Türkiyə məsələsi deyil həmdə xristian tarixinin təhqiridir. Bundan əlavə Xristian və İslam dininə əhəmiyyətli dərəcədə təsir edəcək.” - deyə nazir qeyd edib.

Hazırda bir çox yunan və Avropa təşkilatları Avropa Parlamentinə müraciət edərək Türkiyəni bu fikirdən daşındırmaq üçün kömək istəyiblər.

Qeyd edək ki, XV əsrdə Osmanlı imperiyası dönəmində Aya-Sofya kilsəsi məscidə çevrilib. Lakin 1935-ci ildə Atatürk məbədin türklər və xarici turistlər tərəfindən rahat ziyarət edilməsi məqsədilə kilsəninin muzey kimi fəaliyyət göstərməsi ilə bağlı fərman imzalayıb.


Teqlər:





Xəbər lenti