“Tokio-2020”nin medal siyahısına Çin komandası liderlik edir. Bu ölkənin idmançıları 3 qızıl və 1 bürünc medal qazanıblar. İtaliya və Yaponiya təmsilçiləri 1 qızıl və 1 gümüş medala sahib olublar. Cənubi Koreya idmançıları isə 1 qızıl və 2 bürünc medal qazanıblar.
Ekvador, Macarıstan, İran, Kosovo və Tailand komandalarının aktivində 1 qızıl medal var.
Avqustun 8-dək davam edəcək XXXII Yay Olimpiya Oyunlarında 204 Milli Olimpiya Komitəsindən 11 min atlet idmanın 33 növü üzrə 339 dəst medal uğrunda mübarizə aparır.
Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur. Ölkəmiz yeddinci dəfədir Yay Olimpiya Oyunlarında iştirak edir. Olimpiya komandamız, həmçinin 6 Qış Olimpiya Oyunlarında gücünü sınayıb. Milli komandamızın Olimpiya Oyunlarında debütü “Atlanta-1996” Qış Olimpiya Oyunlarına təsadüf edib. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan komandamız 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.

Azvision.az