Terrorçuların başına 3 milyon dollar mükafat qoyuldu

Terrorçuların başına 3 milyon dollar mükafat qoyuldu
  16 Mart 2014    Oxunub:1059
ABŞ “Əş-Şabab” qruplaşmasının 3 üzvü- Abdikadir Məhəmməd Abdikadir, Cəfər və Yasin Kilvənin yerini söyləyənə 3 milyon dollar pul mükafatı boyun olub. AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, bu haqda ABŞ-ın Dövlət Departamenti xəbər verib.

Ötən ilin oktyabr ayında ABŞ-ın xüsusi təyinatlıları Somalidə Abdikadirə qarşı əməliyyat keçirib. Lakin həmin vaxt onu öldürmək və həbs etmək mümkün olmayıb.

Departamentin məlumatına görə, Somali əsilli Keniya vətəndaşı olan Abdikadir bir neçə terror aktları, Keniya parlamenti və BMT-nin Nayrobidəki missiyasına qarşı terrorun təşkilində şübhəli bilinir.

Cəfər adlı digər terrorçu Abdikadirin müavinidir.

Kilveyə gəldikdə isə o Puntlandedə fəaliyyət göstərən “Əş-Şabab” terror qruplaşmasının baş komandiridir.

Qeyd edək ki, ABŞ 2008-ci ildə “Əş-Şabab” qruplaşmasını terror təşkilatlarının siyahısına əlavə edib.


Teqlər:





Xəbər lenti