Ordu komandiri 25 il azadlıqdan məhrum edildi

Ordu komandiri 25 il azadlıqdan məhrum edildi
  16 Mart 2014    Oxunub:1033
Paris məhkəməsi Ruanda ordusunun keçmiş komandiri Paskal Simbikanveni 1994-cü ildə ildə insanlığa qarşı törədilmiş cinayətlərdə iştirakına görə 25 il azadlıqdan məhrum edib. AzVision.az xəbər verir ki, bu barədə Frans Press agentliyi məlumat yayıb.

1994-cü ildə naməlum şəxslər tərəfindən Ruandada, içərisində ölkə prezidenti Juvenal Xabiarimana və qonşu ölkə Burundinin dövlət başçısı Ntaryamira Siprienin olduğu sərnişin təyyarəsi vurulub. Bundan sonra Ruandada etnik çoxluq təşkil edən Xutu qəbiləsinin nümayəndələri təyyarənin vurulmasında Tutsi qəbiləsini ittiham edib. İki qəbilə arasında silahlı qarşıdurma soyqırıma gətirib çıxarıb.

Məlumatlara görə, 100 gün ərzində 800 mindən 1 milyona kimi insan bu qarşıdurmalar zamanı həlak olub.

54 yaşlı Paskal Simbikvani 2008-ci ildə Fransanın Mayotta adasında həbs olunub. O, insanlıq əleyhinə soyqırım törətməkdə ittiham olunub.

Simbikvani deyib ki, o, ölkə prezidenti Juvenal Xabiarimananın devrilməsi üçün mitinqlərdə iştirak etsə də kütləvi qətillər və onların təşkilində heç bir rolu olmayıb.

Qeyd edək ki, Paskalın həbsindən sonra Fransa onu Ruandaya verməkdən imtina edib.


Teqlər:





Xəbər lenti