Tokioda medalçılar 30 saniyəlik maskalarını çıxara biləcəklər

  25 İyul 2021    Oxunub :684
Tokioda medalçılar 30 saniyəlik maskalarını çıxara biləcəklər
Tokio Olimpiadasında fəxri kürsüdə yer alacaq idmançılara mükafatlandırma zamanı tibbi maskanı çıxarmağa icazə veriləcək.
Azvision.az xəbər verir ki, bu barədə iyulun 25-də Beynəlxalq Olimpiya Komitəsi (BOK) qərar qəbul edib.

Qərara əsasən, mükafatlandırma mərasimi zamanı idmançılar 30 saniyəlik tibbi maskanı çıxaracaqlar. Bu addım onların şəkil çəkdirməsi üçün nəzərdə tutulub. Sonra isə tibbi maskadan istifadə mütləqdir.

BOK, həmçinin gümüş və bürünc medal qazanan idmançıların şəkil çəkdirmək üçün qalibin yanına - fəxri kürsünün ən yüksək pilləsinə qalxmağa icazə verib. Həmin vaxt idmançılar mütləq tibbi maska taxmalıdırlar.

Azvision.az

Teqlər: Tokio-2020  







Xəbər lenti