"National Interest": Yeni dünya müharibəsi 2034-cü ildə başlaya bilər

  26 İyul 2021    Oxunub :1312
 "National Interest":   Yeni dünya müharibəsi 2034-cü ildə başlaya bilər
Məşhur "National Interest" qəzeti yeni dünya müharibəsi ilə bağlı maraqlı məqalə dərc edib. Məqalədə yazıçı Elliot Akermanın və ABŞ Donanmasının istefada olan admiralı Ceyms Stavridisin "2034: Gələcək Dünya müharibəsi haqqında bir roman" adlı kitabındakı fikirlərdən bir hissə yer alıb.
Azvision.az xəbər verir ki, müəllif məqalədə gələcəyin qlobal münaqişəsindən bəhs edib. Kitabın müəllifləri Cənubi Çin dənizində yeni bir dünya müharibəsinin baş verəcəyini yazıblar. Müharibəyə səbəbkarlar isə Çin ilə ABŞ olacaq. Akerman və Stavridisin fikrincə, bu qlobal faciə 2034-cü ildə baş verə bilər.

"Daily Express": 3-cü dünya müharibəsi altı məkanda başlaya bilər
Bildirilir ki, müharibə haker hücumları, pilotsuz təyyarələr və avtonom idarə olunan zirehli nəqliyyat vasitələri ilə aparılacaq. Yazıda dünyanı qarşıda gözləyən məlum müharibədə xüsusi təyinatlıların rolunun qalacağı da vurğulanır. Amma indi onlar inkişaf etmiş biotexnologiyanın yeni kompleksləri ilə inteqrasiya olmuş kiçik qruplar şəklində olacaqlar.



Xatırladaq ki, iyulun 11-də ingiltərəli ekspertlər də dünyada yaranmış hərbi gərginliklə bağlı maraqlı araşdırma aparmışdılar. "Daily Express" nəşri iddia edib ki, mütəxəssislər İsrail ilə Fələstin Muxtariyyəti arasındakı builki silahlı toqquşma və dünyada son zamanlar yaranmış gərgin vəziyyət ilə bağlı hadisələrin təhlilinə əsaslanaraq qlobal bir qarşıdurma ehtimalının əhəmiyyətli dərəcədə artdığını söyləyiblər. Nəşr mütəxəssislərin fikirlərinə əsasən bu il üçüncü dünya müharibəsinin başlaya biləcəyi altı ərazinin adını hallandırmışdı.

Tural Tağıyev
Azvision.az

Teqlər:   Müharibə   ABŞ   Çin  






Xəbər lenti