Televizordan istifadə dəbdən düşür

Televizordan istifadə dəbdən düşür
  16 Mart 2014    Oxunub:1195
2013-cü ildə televizorların dünya tədarükü 6 faiz azalaraq 225 milyon ədəd olub.
Dünyada televizorların tədarük həcmi ardıcıl ikinci ildir azalmaqla 2013-cü ildə 225,1 milyon qurğu təşkil edib ki, bu da 2012-ci ilin göstəricisindən 6 faiz azdır. Bu barədə “IHS” analitik şirkətinin məlumatında deyilir.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, şirkət analitikləri qeyd edirlər ki, Çin, Asiya-Sakit okean regionu və Şərqi Avropada “LCD” televizorlara tələbatın azalması fonunda bazarda azalma ikinci ildir davam edir. 2012-ci ildə bazarın həcmi əvvəlki illə müqayisədə 7 faiz aşağı düşüb.

Daha çox azalma televizor tədarükünün 14 faiz aşağı düşdüyü Şərqi Avropada qeydə alınıb. Bununla yanaşı, Şimali Amerika (9 faiz) və Qərbi Avropada (4 faiz) da tədarük həcmində xeyli azalma müşahidə olunur. Artım tempinə görə 2014-cü ilədək lider olan Çinin televizor bazarı üçüncü və dördüncü rüblərdə 2012-ci ilin analoji dövrləri ilə müqayisədə ilk dəfə azalıb.

“IHS”in proqnozuna əsasən, yaxın bir neçə ildə televizorlar bazarı inkişaf etmiş ölkələrin bazarlarına “OLED” qurğuların tədarükü (2018-ci ilədək 8,1 milyon ədəd təşkil edəcək) sayəsində sabitləşəcək. Bundan başqa, istifadəçilərin köhnə modelləri texnoloji baxımdan daha müasir qurğularla yeniləməyə başlayacağı inkişaf etməkdə olan ölkələrdə də tələbatın artacağı gözlənilir.


Teqlər:





Xəbər lenti