"Neftçi" Çempionlar Liqasında mübarizəni dayandırıb
Samir Abasovun yetirmələri Yunanıstan “Olimpiakos”unu qəbul edib. Paytaxt təmsilçisi “Bakcell Arena”dakı matçı səfərdəki 0:1 hesablı məğlubiyyətin əvəzini çıxmaq arzusu ilə başlayıb.
Lakin “Neftçi” ev oyununda da uduzaraq qitənin ən nüfuzlu klub turniri ilə vidalaşıb. Belə ki, 15-ci dəqiqədə isə Mamadu Mbocun kobud səhvindən sonra qonaqlar hesabı açıblar. Pirey təmsilçisinin heyətində Giorqos Masuras fərqlənib.
Qeyd edək ki, bu qarşılaşmalardan sonra “Olimpiakos” Çempionlar Liqasının, “Neftçi” Avropa Liqasının III təsnifat mərhələsinə yollanıb.
Azvision.az
Teqlər: