Tokio-2020: Bu gün daha iki idmançımız mübarizə aparacaq

   Tokio-2020:  Bu gün daha iki idmançımız mübarizə aparacaq
  29 İyul 2021    Oxunub:1536
Bu gün Azərbaycanın daha bir idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.
Azvision.az -ın məlumatına görə, yarışın növbəti günündə cüdoçu Zelim Kotsoyev medal qazanmağa çalışacaq.

100 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 final mərhələsində Aleksandr İddir (Fransa) ilə üz-üzə gələcək .

Boksçu Məhəmməd Abdullayev isə olimpiadada ikinci görüşünü keçirəcək. 91 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı 1/8 finalda özbəkistanlı Baxodir Jalolovla döyüşəcək. Abdullayev 1/16 finalda bruneyli Denis Latıpovu mübarizədən kənarlaşdırmışdı.

Tokio-2020

29 iyul

Cüdo

100 kq

06:00 - 09:30. 1/16 final. Zelim Kotsoyev - Aleksandr İddir (Fransa)

Boks

+91 kq

07:03: 1/8 final. Məhəmməd Abdullayev - Baxodir Jalolov (Özbəkistan)

Qeyd edək ki, indiyədək Azərbaycanın 19 idmançısı olimpiada ilə vidalaşıb.

Azvision.az




Teqlər:





Xəbər lenti