Ermənilər təşvişdə: Kreml İrəvanı məhv edən planı işə salıb?

   Ermənilər təşvişdə:    Kreml İrəvanı məhv edən planı işə salıb?
  29 İyul 2021    Oxunub:1646
"Rusiyanın planına görə, Ermənistan tezliklə bir dövlət olaraq varlığını itirəcək".
Azvision.az xəbər verir ki, bu barədə erməni politoloq Ayk Martirosyan yerli mediaya verdiyi açıqlamada bildirib. O baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın sərhədləri əcnəbilərin qoruması ilə bağlı bugünkü çağırışlarını sərt şəkildə tənqid edib.

"Dünya tarixində milli xəyanətkarın rus qoşunlarının bütün sərhəd boyunca yerləşdirilməsinin məqsədəuyğunluğu ilə bağlı görünməmiş çağırışı oldu. Bu, Ermənistanın tezliklə bir dövlət olaraq varlığını dayandıracağına dair Rusiya planının varlığını sübut edir. Ölkə hətta Rusiya müstəmləkəsi kimi faktiki statusunu belə saxlamayacaq”.

Paşinyan Rusiyanı hədələdi: Sərhədi Qərb ölkələri qoruyacaq?
Erməni politoloq deyib ki, indiki kolonya sisteminin əvəzində Suriyada, Liviyadakına bənzər bir ərazi yaradılacaq. Hansı ki, burada etnik azlıqlar - ermənilər ayrıca bir xalq kimi yaşayırlar:

“Heç olmasa Liviyadakı vəziyyət ayrı -ayrı qəbilələr və klanları tərəfindən idarə olunur. Ermənistanda isə bu fiziki nəzarət hətta tamamilə Rusiyaya verilir. Bu, təkcə hər hansı bir suverenliyin son dalğasının planlı şəkildə dayandırılması deyil, həm də ölkənin məhv edilməsi üçün aydın bir plandır. Ancaq bütün bunların ən böyük tarixi günahı düşmənlərdə və xəyanətkarlarda yox, əlverişli bir beynəlxalq atmosferə və bütün vasitələrə sahib olan, taleyini öz əllərinə almağa qərar verən erməni xalqının üzərindədir”.

Tural Tağıyev
Azvision.az



Teqlər:   Ermənistan   Rusiya   Sərhəd   Paşinyan  





Xəbər lenti