Krımda 95.7 faiz Rusiyaya `HƏ` deyib - Yenilənib
Son məlumatlara görə, referendum zamanı Krımın Rusiyaya birləşməsinə iştirakçıların 95.7 faizi səs verib.
22:41
Krım Muxtar Respublikasının statusu haqqında Referendum sona çatdı.
Daha əvvəl referendum əsnasında fəallığın 73,41 % olduğu bildirilirdi. Krımın Baş naziri Sergey Aksenov isə muxtar respublikanın statusu ilə əlaqədar seçkilərdə 90% fəallıq gözləyirdi.
AzVision.az Gazeta.ru-ya istinadən xəbər verir ki, Referendumda bülletenlərdə seçicilərə müsbət cavab vermək üçün iki sual verilir: "Siz Rusiya Federasiyasının hüquqları çərçivəsində Rusiya ilə Krımın birləşdirilməsinin lehinəsinizmi" və ya "Siz Krım Respublikasının 1992-ci ildə qəbul edilən konstitusiyasının bərpası və Ukraynanın hissəsi kimi statusda olmasının tərəfdarsınızmı?" verilir.
Seçicilərin yalnız yarısından çoxunun səs verdiyi bənd təsdiq ediləcək.
Bu arada `exit-poll`a görə 93 faiz seçici Krımın Rusiya Federasiyası ilə birləşməsinə səs verib.