Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, federasiyanın illik təqvim planına əsasən Veloparkda təşkil olunan yarışda federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin müxtəlif yaş qrupları üzrə 70-ə yaxın idmançısı iştirak edib.
Yarışın 2-ci günü U-15 və U-17 yaş qrupları üzrə velosipedçilər nəyə qadir olduqlarını nümayiş etdiriblər. Nəticələrə gəlincə, 15 yaşa qədər idmançılar arasında Qadir Mustafayev bütün rəqiblərini qabaqlamaqla 1-ci yeri tutub. Xankişi İsgəndərov 2-ci, Maqsud Həsənov 3-cü olub.
17 yaşadək velosipedçilərin mübarizəsində isə Bakir Dadaşov hamıdan yaxşı çıxış edib. Sonrakı 2 yeri Mikayıl Səfərli və Maksim Naperstkov tutub.
Qaliblər Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən diplom və pul mükafati ilə təltif ediliblər.