TQDK abituriyentlərə müraciət edib

TQDK abituriyentlərə müraciət edib
  30 Mart 2013    Oxunub:1226
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sınaq imtahanlarında iştirak etmək istəyən abituriyentlərə müraciət ünvanlayıb.
TQDK-nın mətbuat xidmətinin müraciətində bildirilir ki, sınaq imtahanlarına yazılmaq istəyən hər bir şəxs TQDK-nın internet saytının “Sınaq imtahanlarına yazılış” bölməsinə daxil olub əldə etdiyi virtual ödəmə kartından istifadə etməklə özünə istifadəçi səhifəsi yaratmalıdır.

Səhifə yaradıldıqdan sonra istifadəçinin balansında kart vasitəsilə yüklədiyi məbləğ mövcud olacaq.


İstifadəçilər sınaq imtahanlarında neçə dəfə iştirak etmək istədiklərini nəzərə alıb lazım bildikləri qədər yeni ödəmə kartı əldə edib balanslarını artıra bilərlər.

Əgər abituriyent yüklədiyi kart vasitəsilə qarşıdakı sınaq imtahanına yazılmayıbsa, o balansında olan məbləğdən istifadə etməklə növbəti sınaq imtahanına yazıla bilər.

Belə ki, 2013-cü ildə əldə edilmiş ödəmə kartı 2013-cü il ərzində TQDK tərəfindən keçiriləcək istənilən sınaq imtahanına yazılmaq üçün etibarlığını itirmir.

AzVision.az


Teqlər:  





Xəbər lenti