Ukraynanı yenidən etirazlar bürüdü - VİDEO

Ukraynanı yenidən etirazlar bürüdü - VİDEO
  17 Mart 2014    Oxunub:1180
Krımda baş tutan referendumdan sonra Ukraynanın bütün şəhərlərində etirazlar davam edir. AzVision.az xəbər verir ki, Donetsk şəhərində həm Ukraynanın bütövlüyünün tərəfdarı, həm də Rusiyapərəstlər mitinq keçiriblər. Polis idarəsinə hücum edən Rusiya tərəfdarı olan qrupun üzvləri referendum keçirilmsəini tələb edən lider Pavlo Qubarevin azadlığa buraxılamasını tələb edib.

Nümayişçilərin bir qismi isə hesab edir ki, ölkə federativ idarəetmə formasına keçməlidir: “Referendumda 4 sual verilməli idi; federasiya, konfederasiya, Ukraynada qalmaq və Rusiyaya birləşmək. Hamının fikrinə diqqətlə yanaşmaq lazımdır”.

Əks fikirdə olan nümayişçilər isə Rusiya tərəfdarı olan qruplaşmaların davranışından narahatdır: “Bizə daş atırlar. Dəyənəklə hücum edirlər və gözyaşardıcı qazla dağıdırlar. Avtobusa minəndə gördük ki, hamımız yaralanmışıq”.



Fatimə Kərimli


Teqlər:





Xəbər lenti