Türkiyədən həmrəylik nümunəsi: Yanğın bölgəsinə yardımlar axır- FOTOLAR

      Türkiyədən həmrəylik nümunəsi:   Yanğın bölgəsinə yardımlar axır-   FOTOLAR
  02 Avqust 2021    Oxunub:1227
Türkiyədə bir neçə gündür davam edən meşə yanğınları ölkədə ciddi fəsadlar törədib. 8 nəfərin ölümünə səbəb olan genişmiqyaslı yanğınlar yalnız meşələri deyil, bir sıra kənd və qəsəbələri, turizm obyektlərini də xarabaya çevirib.
Azvision.az xəbər verir ki, bu gün Türkiyə mediası vətəndaşların ölkə tarixində ən böyük təbii fəlakətlərdən sayılan yanğınlarla bağlı həmrəylik göstərməsindən yazıb.

Qeyd edilir ki, faciənin ilk günündə ölkənin 81 vilayətindən Manavqat bölgəsinə yardımlar axır. Vətəndaşların göndərdikləri müxtəliv məhsul və əşyalar Manavqat Bələdiyyəsi tərəfindən Atatürk Mədəniyyət Mərkəzində qurulan "Yanğın Dayanışma Mərkəzi"ndə tədarük olunur.



"Yanğından zərərçəkənlərə kömək ediləcək" - Ərdoğan
Burada bələdiyyənin koordinasiyası altında çalışan könüllü gənclər su, buz, saman, müxtəlif sərinləşdirici içkilər, quru yeməklər, heyvan yemləri və geyimlərin çeşidlənməsi, ərazidə təyinatı üzrə paylanmasını həyata keçirirlər.
"Manavqat Bələdiyyəsi yanğınlar başlayandan sonra Atatürk Mədəniyyət Mərkəzində "Yanğın Dayanışma Mərkəzini" yaratdı ki, burada da Türkiyənin 81 vilayətdindən vətəndaşlar tərəfindən gələn yardımlar tədarük olunur.



Manavqatdakı yanğından zərər görənlərlə ürəyi bir olan, həmrəylik göstərən Türk xalqı, mərkəzə onlarla yük maşınında müxtəlif avadanlıqlar və əşyalar bağışladı",-yerli media yazıb.



Hazırda yüzlərlə könüllü gənc bələdiyyənin koordinasiyası altında çalışırı və gələn yardımların çeşidlənməsi, paylanmasını həyata keçirir.



Qeyd edək ki, yardım kampaniyası Manavqat Bələdiyyə başçısı Şükrü Sözenin sosial media hesablarında verdiyi elandan sonra başlayıb. Artıq bütün Türkiyə təkcə yanğınlardan ən çox zərər görən Manavqat üçün deyil, ümumilikdə fəsadlarla üzləşmiş cənub bölgələri üçün səfərbər olub.









Tural Tağıyev
Azvision.az



Teqlər:   Türkiyə   Yanğın   Yardım  





Xəbər lenti