Putin Obamaya: Referendum beynəlxalq normalara cavab verir

Putin Obamaya: Referendum beynəlxalq normalara cavab  verir
  17 Mart 2014    Oxunub:1977
Amerika tərəfinin təşəbbüsü ilə Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Barak Obama arasında telefon danışığı baş tutub. Tərəflər martın 16-da Krımda baş tutan referendumu müzakirə ediblər.

Rusiya prezidenti Putin, Obamaya bildirib ki, referendumun tamamilə beynəlxalq normalara və BMT-nin nizamnamələrinə uyğun keçirilib.

Bunula yanaşı, referendum zamanı yarımada sakinlərinin özünü müəyyən etmə və fikir azadlığı tam təmin olunub.

Kremlin mətbuat xidmətindən verilən məlumata görə, Rusiya və ABŞ liderləri Ukraynadakı böhranın müxtəlif aspektlərini də müzakirə ediblər.

Putin, hazırki Kiyev hökumətinin ölkədə stabilliyi pozan, dinc əhaliyə, xüsusən də rusdillilərə qarşı terror törədən ultra-milli və radikal qruplaşmaları cilovlamaq niyyətində olmadığına diqqət çəkib.

Bu baxımdan Ukraynaya ATƏT-in monitorinq qrupunun göndərilməsinin mümkünlüyü məsələsinə baxılıb. Rusiya prezidentinin fikrincə belə bir missya Ukraynanın bütün regionlarında fəaliyyət göstərməlidir. Dövlət başçıları qeyd ediblər ki, aralarındakı fikir ayrılıqlarına baxmayaraq Ukraynada vəziyyətin yenidən sabitləşməsi üçün səylərini birləşdirməlidirlər.

Bundan başqa Barak Obama Putini Qış Paraolimpiya Oyunlarının uğurla başa çatması münasibətilə təbrik edib.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ prezidenti referendumun nəticələrini rədd etdiklərini və Rusiyanı cəzalandıracaqlarını bildirib.

"Referendumun nəticələrini rədd edirik və Rusiyanın cəzalandırılmasını vacib sayırıq. Biz və müttəfiqlərimiz Rusiyanın Ukraynaya etdiklərinə görə cəzasız qalmamasını istəyirik. Buna görə də müvafiq addımlar atacağıq. ABŞ və Avropa Birliyi seçkiləri qanunsuz hesab edərək, bunu Rusiyanın Ukraynaya təcavüzü kimi qiymətləndirirlər” deyə Obama seçkilərin ilkin nəticələri elan olunduqdan sonra bildirmişdi.

Bu arada son məlumatlara görə,referendum zamanı Krımın Rusiyaya birləşməsinə iştirakçıların 95.7 faizi səs verib.

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti