“Tokio-2020”nin 11-ci günü- Çin liderliyini saxlayır
Avstraliya 14 qızıl, 4 gümüş, 15 bürünc medalla dördüncü, Rusiya Olimpiya Komitəsi isə 12 qızıl, 21 gümüş və 17 bürünc medalla beşincidir. Digər pillələrdə Böyük Britaniya (11-12-12), Fransa (6-10-7), Almaniya (6-6-11), Koreya Respublikası (6-4-9) və Niderland (5-7-6) qərarlaşıblar.
Azərbaycanın Olimpiya komandası “Tokio-2020”də iki bürünc medal qazanıb. Medalları ölkəmizin aktivinə qadın cüdoçu İrina Kindzerska və boksçu Alfonso Dominges yazdırıblar.
Avqustun 8-dək davam edəcək XXXII Yay Olimpiya Oyunlarında 204 Milli Olimpiya Komitəsindən 11 min atlet idmanın 33 növü üzrə 339 dəst medal uğrunda mübarizə aparır.
Xatırladaq ki, Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur. Ölkəmiz yeddinci dəfədir Yay Olimpiya Oyunlarında iştirak edir. Olimpiya komandamız, həmçinin 6 Qış Olimpiya Oyunlarında gücünü sınayıb. Milli komandamızın Olimpiya Oyunlarında debütü “Atlanta-1996” Qış Olimpiya Oyunlarına təsadüf edib. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan komandamız 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.
a Azvision.az
Teqlər: Tokio-2020