Vaqif Sadıqov istefa verdi

Vaqif Sadıqov istefa verdi
  17 Mart 2014    Oxunub:2805
Bakının AZAL futbol klubunun baş məşqçisi Vaqif Sadıqov istefa verib.
Klubdan verilən məlumata görə, Topaz Premyer Liqasında uğursuz çıxış edən paytaxt təmsilçisinin bazasında iclas keçirilib.

Görüşdə rəhbərlik komandanın mövsümün əvvəlində qarşıya qoyulan hədəflərdən uzaq düşdüyünü vurğulayıb. Müzakirələr zamanı klub rəhbərliyi ilə baş məşqçi arasında ümumi nəticə əldə olunmayıb. Bu səbəbdən V.Sadıqov baş məşqçi vəzifəsindən istefa verdiyini bəyan edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti