Olimpiya Oyunlarında daha 18 nəfər virusa yoluxub
Beləliklə, Oyunlarla əlaqəli şəxslər arasında ümumi yoluxanların sayı 294 nəfərə çatıb. Həmçinin iyulun 1-dən Olimpiya Oyunlarına hazırlıq və yarışların gedişində 500 mindən çox koronavirus testi götürüldüyü qeyd edilir.
Xatırladaq ki, ümumi epidemioloji vəziyyət ağır olduğuna görə Yaponiya hökuməti Tokioda fövqəladə vəziyyət rejiminin müddətini avqustun 31-dək uzadıb. Buna görə də avqustun 8-də başa çatacaq Olimpiadaya azarkeşlər buaxılmırlar.
Azvision.az
Teqlər: Tokyo