Yeni “11 sentyabr” olayı - İDDİA

Yeni “11 sentyabr” olayı - İDDİA
  17 Mart 2014    Oxunub:1017
Malayziyanın paytaxtı Kuala-Lumpurdan Çinə uçmaq üçün 227 sərnişin, 12 təyyarə heyəti ilə 8 martda səmaya qalxan “Boeing 777” təyyarəsinin 11 sentyabr kimi terror hadisəsinə görə qaçırıldığı iddia olunub. Malayziya Nəqliyyat Nazirliyinin məlumatına görə, təyyarə radarlardan itmədən öncə əlaqə kəsilib. Bu da təyyarəni qaçıran terroristlərin pilot heyətini hədələdiyinə görə, əlaqəni kəsə biləcəklərinə işarədir.

Təyyarənin hökümət müxalifləri tərəfindən qaçırıldığı müzakirə olunarkən pilotun da qatı müxalifət tərəfdarı olduğu üzə çıxıb.

Çünki pilot homoseksual olduğuna görə, həbsə atılan müxalifət liderinin ən qatı müdafiəçilərindən olub. Pilotun köynəyinin üzərində “demokratiya öldü” yazılı bir fotosu da üzə çıxıb. Bu arada daha bir qorxunc iddialar ortaya çıxıb. İngiltərədə Əl-Kaida üzvü olduğuna görə, məhkəmə önünə çıxarılan Sacid Muhammed Badat keçən həftə hakimlərə Əfqanıstanda tanış olduğu 4-5 malayziyalı cihadçının ona təyyarə qaçırma planından danışdığını bildirib. O, planın başında 11 sentyabr terror aksiyalarının əsas memarlarından Xalid Şeyx Muhammedin durduğunu bildirib. Malayziya hüquq-mühafizə orqanları pilotlar Zahari Ahmed Şah və onun köməkçisi Faruk Abdul Hamidin Kuala-Lumpurdakı evində iki saat ərzində araşdırma aparıblar. Bildirilənlərə görə, pilot Zahirinin ailəsi və üç uşağı təyyarə yoxa çıxmadan bir gün öncə evi tərk ediblər.

Digər faktlardan biri isə həmin pilotun və sərnişinlərin keçmişini araşdırdığı məlum olmasıdır. “Sunday Express” isə indiyə kimi mümkün olmayan bir təyyarə qaçırılma iddiasını ortaya qoyub. Nəşrin bildirdiyinə görə, təyyarəni cib telefonunu idarə etməklə xakerlər qaçırıb. İngiltərə Daxili İşlər Nazirliyinin keçmiş sözçüsü Dr. Sally Leivesley bunun dünyada ilk belə təyyarə qaçırılma ola biləcəyini bildirib.

Emin Piri


Teqlər:  





Xəbər lenti