"Qanun qarşısında hamı bərabərdir" - Milli Məclisin sədri

   "Qanun qarşısında hamı bərabərdir" -    Milli Məclisin sədri
  03 Avqust 2021    Oxunub:1285
Azərbaycan Respublikası Konstitusiyasının 90-cı maddəsinin 2-ci hissəsinə uyğun olaraq Baş Prokurorluq Milli Məclisin deputatı Eldəniz Səlimovun cinayət əməli barədə təqdimat verib.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilməsi ilə bağlı parlamentin avqustun 3-də keçirilən plenar iclasında deyib.

Sahibə Qafarova qeyd edib ki, avqustun 2-də məsələ ilə bağlı Milli Məclisin İntizam komissiyasının iclası keçirilib. İclasda komissiya Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında rəy qəbul edib.

Milli Məclisin sədri bildirib ki, qanun qarşısında hamı bərabərdir və deputatın bu hərəkəti yolverilməzdir.

Azvision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti