İdmançılarımız niyə zəif çıxış edir? - Rəsmi mövqe

 İdmançılarımız niyə zəif çıxış edir? -  Rəsmi mövqe
  03 Avqust 2021    Oxunub:1255
"Tokio-2020" Yay Olimpiya Oyunlarında iştirak edən 44 idmançımızdan 27-si artıq çıxışını başa vurub. Bu dövrdə yalnız 2 bürünc medal qazanılıb. Qarşıda hələ 17 idmançının yarışı var. Lakin medal sayına görə Rio-de Janeyrodakı nəticəyə çatmaq şansımızı artıq itirmişik.
Bu 44 o 44-dən deyil: İdmançılarımız niyə döyüşə bilmirlər?
Bəs idmançılarımız niyə uğursuz nəticə göstərirlər?
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinhin rəhbəri Qabil Mehdiyev Azvision.az -a açıqlamasında Olimpiada başa çatmadan ümumi qiymət verməyə tələsməməyi tövsiyə edib. O, bildirib ki, hələ yarışlar davam edir:
“Təcrübə göstərir ki, bizim idmançıların nəticələri Oyunların sonunda sevindirici olur. Bu da təsadüfi deyil - ölkəmizə medal qazandıran güləş yarışları sonda olur. Eləcə də, qarşıda hələ karateçilərimizin yarışları var.
Düzdür, ümidləri doğrultmayan idman növləri və idmançılar hər birimizi məyus etdi. Etiraf edək ki, üzgüçülük, qılıncoynatma, velosiped, badminton kimi idman növlərində idmançılarımızdan medal gözləntimiz yox idi. Amma cüdo və taekvondoda uğur gözləyirdik. Ümidləri doğrultmayan idmançıların çıxışlarını hər kəs gördü və bu baxımdan, lazımi addımlar atılacaq".

Q.Mehdiyev bildirib ki, uğur qazanmayan idman növləri üzrə federasiyalar özləri nəticələrini müzakirə edib, müvafiq qərarlar qəbul edəcəklər.
- Gənclər və İdman Nazirliyi də Tokio Olimpiyadasının nəticələrini Milli Olimpiya Komitəsi və müvafiq federasiyalarla birgə müzakirə edəcək, lazımı addımlar birlikdə atılacaq. Amma hazırda səbr edib, qarşıdakı 6 günü gözləmək və yekunda qazanılan nəticə əsasında təhlil aparmaq, qiymət vermək daha yaxşı olar,- o, fikrini yekunlaşdırıb.

Aytən Zəhra
Azvision.az


Teqlər:   Olimpiada  





Xəbər lenti