Jirinovski azərbaycanlıları təhqir etdi - VİDEO

Jirinovski azərbaycanlıları təhqir etdi - VİDEO
  17 Mart 2014    Oxunub:1673
Rusiyanın LDPR partiyasının lideri Vladimir Jirinovski yenə də qalmaqallı çıxışı ilə yadda qalıb.

Dövlət Dumasında çıxışı zamanı o, azərbaycanlılar və ukraynalılardan danışıb. V. Jirinovski azərbaycanlı adında bir xalqın əslində mövcud olmadığını deyib.

"Azərbaycan rus dilinə tərcümədə nə deməkdir? Azər-Xəzər dənizi, baca-yəni yer deməkir. Yəni Xəzər dənizinin ətrafında yaşayanlar. Rusca xəzərlilər. Bu millət demək deyil axı. Bu həmin yerdə yaşayan insanlar deməkdir. Yəni necə ki, volqoqrodlular", - deyə Jirinovski deyib.

Qeyd edək ki, Vladimir Jirinovski bir neçə gün əvvəl də qalmaqallı çıxışı ilə yadda qalmışdı. O, Dağlıq Qarabağın Rusiyaya verilməsini təklif etmişdi. Partiya liderinin sözlərinə görə, ağlıq Qarabağ münaqişəsini yalnız bu yolla həll etmək mümkündür. (anspress)




Teqlər:  





Xəbər lenti