Sabah hava isti olacaq

Sabah hava isti olacaq
  30 Mart 2013    Oxunub:1225
Havanın temperaturu gecə 3-5 dərəcə isti, gündüz 11-16 dərəcə isti olacaq.
Ekologiya və Təbii Sərvətlər NazirliyinindənAzVision.az-a verilən məlumata görə, martın 31-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Axşam bəzi yerlərdə duman müşahidə ediləcək. Cənub küləyinin sürəti 8-13 m/san olacaq. Havanın temperaturu gecə 3-5 dərəcə isti, gündüz 11-16 dərəcə isti olacaq.

Aprelin 1-də isə hava əsasən, yağmursuz olacaq. Səhər və axşam bəzi yerlərdə duman müşahidə ediləcək. Havanın temperaturu gecə 4-6, gündüz 12-17 dərəcə isti, bəzi yerlərdə 19 dərəcəyədək isti olacaq.

Naxçıvan Muxtar Respublikasında havanın temperaturu gecə 5-10, gündüz 15-20, bəzi yerlərdə 25 dərəcəyədək isti olacağı gözlənilir.

Mərkəzi Aran rayonlarında hava əsasən, yağmursuz olacaq. Havanın temperaturu gecə 4-9, gündüz 15-20, bəzi yerlərdə 25 dərəcəyədək isti olacağı gözlənilir.

Yuxarı Qarabağda havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 5-10, bəzi yerlərdə 15 dərəcəyə kimi isti olacağı gözlənilir.

Azərbaycanın cənub rayonlarında gecə 5-9 dərəcə isti, gündüz 15-20 dərəcə isdti olacağı proqnozlaşdırılır.


Teqlər:





Xəbər lenti