Rus hərbiçiləri Ukraynalı nənəni döydü - VİDEO

Rus hərbiçiləri Ukraynalı nənəni döydü - VİDEO
  17 Mart 2014    Oxunub:1270
Krımın Feodosiya şəhərində rus hərbçilər ukraynalı yaşlı qadına qarşı sərt davranıblar.

Sosial şəbəkələrdə Ukrayna dəniz piyadalarını mühasirəyə almış rus hərbçilərinin yaşlı ukraynalı qadınla mübahisəsi göstərən video yayılıb.

Ukraynalı qadın rus hərbiçilərə “ Heç kimdən müdafiə olunmalı deyiləm.Mən qorxmuram,başa düşürsünüz qorxu qulun psixologiyasıdır.Nə üçün Putinə qulaq asırsınız. Çıxın evinizə gedin!”

Onu uzaqlaşdırmaq istəyən hərbiçiyə “məni döymək lazım deyil, Krım Ukraynanın olub və olacaq. Siz bizi qorxutmaq istəyirsiniz. Niyə?” Rus hərbiçisi isə ona “Siz təxribatçısınız nənə deyərək qadına qarşı zorakılıq ediblər. Rus komandirin yumruğuna dözə bilməyən yaşlı qadın yerə yıxılıb. Lakin qadın yenə də ayağa qalxaraq rus hərbçisinə “rədd ol, əlini mənə toxundurma!” deyib.



AzVision.az


Teqlər:





Xəbər lenti