"Erməni soyqırımı"nı ifşa edən yeni kitab

"Erməni soyqırımı"nı ifşa edən yeni kitab
  04 Avqust 2021    Oxunub:1370
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, AMEA Elm Tarixi İnstitutunun elmi katibi Zaur Əliyevin “Qondarma “erməni soyqırımı” ABŞ-Türkiyə münasibətlərində “adlı kitabı “Elm və təhsil nəşriyyatı” tərəfindən çap edilib.
Müəllifin sayca 16-cı kitabı olan yeni araşdırma XIX əsrin sonundan başlayaraq müasir dövrə qədər olan erməni iddialarının əsas səbəblərini və ABŞ-Türkiyə münasibətlərini tədqiq edir. Bu gün tarixi həqiqətlərin üzə çıxarılmasına, gizli arxiv sənədlərinin araşdırılmasına, görkəmli tarixçilərin və antik alimlərin fundamental əsərlərində göstərilən faktların dünya ictimaiyyətinə çatdırılmasına çox böyük ehtiyac var.

Dünyaya özünü “məzlum xalq” kimi tanıtmağa çalışan ermənilərin hər yerdə geniş təbliğat apararaq uydurma “erməni soyqırımı”nın tanınmasına ciddi cəhdlər ediblər və bu gün də bu yolda yorulmadan çalışırlar. Məlumdur ki, SSRİ-nin süqutu dünyada köklü dəyişikliklərə gətirib çıxardı və nəticədə ABŞ yeganə fövqəldövlət oldu. Bu reallığın fonunda dünya ölkələri arasında inteqrasiya prosesinin fəallaşması meyli getdikcə güclənir. Hərçənd ki, zahirən həmin proses bu və ya digər beynəlxalq təşkilat, prinsmilli inkişaf proqramları çərçivəsində (və yaxud onların nəzarəti altında) həyata keçirilmir, əslində isə o, mütləq ABŞ-ın təsiri ilə gedir.

Ermənilər tarix boyu müxtəlif yalanlar uyduraraq ayrı–ayrı adamları, dövlət və hökumət rəhbərlərini inandırmağa çalışmış, qondarma “erməni soyqırımı”nı qəbul etdirməyə ciddi cəhdlər edib, bəzən də istədiklərinə nail ola biliblər. Ancaq erməni yalanları ayaq tutsa da yeriməyib, sonralar ifşa olunub.

Ermənilərin tarixi yalanlarının ən çox yayıldığı ölkə ABŞ-dır. Məhz ABŞ-Türkiyə münasibətlərində erməni diaspor və lobbisinin və fəaliyyəti, uydurma “soyqırımın” tanıdılması istiqamətində gördükləri işin tədqiq edilməsi mühüm əhəmiyyət kəsb edir.

Kitabda “erməni məsələsi”nin meydana gəlməsi, iri dövlətlərin Osmanlı siyasəti, Anadoluda erməni qiyamlarının törədilməsi, ermənilərin Osmanlı dövlətinin parçalanmasında iştirakı, dinc türk əhalisinin erməni millətçi ekstremistləri tərəfindən qətlə yetirilməsi, ermənilərin “soyqırımı” iddiaları və pərdəarxası məqamları faktoloji materiallar əsasında təhlil edilir.

Kitabın rəyçiləri ABŞ və Ukrayndada yaşayan diaspor fəalları, redaktorları psixologiya üzrə elmlər doktoru, dosent Bayramov İmdad və jurnalist Atayev İlqardır.


Teqlər: Kitab   Araşdırma   Erməni-soyqırımı  





Xəbər lenti