“Curiosity” Marsda “pişik” tapıb – FOTO

   “Curiosity” Marsda “pişik” tapıb –    FOTO
  04 Avqust 2021    Oxunub:3813
NASA-nın Marsı tədqiq edən “Curiosity” aparatı “Qırmızı planet”dən qəribə şəkil göndərib. Bu qəribə formalı daşı NASA-da “Hidrosikl sürən pişik” adlandırıblar.
Hazırda “Curiosity” Marsdakı Geyl kraterində yerləşən Şarp dağının ətəklərini tədqiq edir. Təxminən 15 santimetr ölçüyə malik daş da orada tapılıb. Alimlərin fikrincə, o, qum fırtınalarının təsirilə yonularaq, bu şəklə düşüb.

“Hidrosikl sürən pişik” ifadəsini ilk dəfə NASA-nın mühəndisi Kevin Cill özünün “tvitter” hesabında işlədib.


Qeyd edək ki, Geyl krateri uzaq keçmişdə böyük asteroidin düşməsi nəticəsində yaranıb. Əvvəllər o, su ilə dolu imiş.
“Curiosity” 2012-ci ildən bu bölgədə işləyir və artıq xeyli maraqlı tapıntıları olub.


Samir Quliyev
Azvision.az


Teqlər: Mars   Elm   Curisoty  





Xəbər lenti