ANAMA-dan minaya düşən əməkdaşı ilə bağlı açıqlama

   ANAMA-dan minaya düşən əməkdaşı ilə bağlı açıqlama
  06 Avqust 2021    Oxunub:1341
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) avqustun 6-da minaya düşən əməkdaşının vəziyyəti ilə bağlı məlumat yayıb.
Azvision.az xəbər verir ki, işğaldan azad edilmiş Ağdam rayonunda mina partlayışı zamanı xəsarət alan Əliyev Fərid Əlimusa oğlu tam həkim müayinəsindən keçirilib, baş beyin kompüter tomoqrafiyası (KT) icra edilib, eyni zamanda gözləri müayinə olunub.

Zərərçəkənin başında və gözlərində heç bir ciddi xəsarətin olmadığı müəyyən edilib, partlayış zamanı ətrafa yayılan torpaq dənəcikləri gözlərindən təmizlənilib, müvafiq profilaktik tədbirlər həyata keçirilib. Vəziyyəti stabildir.

Azvision.az



Teqlər: ANAMA  






Xəbər lenti