- Sünik və Qeqarkunikdə bir Ermənistan sərhədi var. Müharibədən sonra orada Azərbaycan hərbçiləri yerləşiblər və onları uzaqlaşdırmaq üçün heç bir addım atılmır. Belə görünür ki, Ermənistan rəhbərliyi müdafiə nazirinin timsalında sərhəddən danışarkən Sünik və Qeqarkunikdəki mövcud təmas xəttini qəbul edir. Yəni Azərbaycan qoşunlarının indiki ərazilərdə olmasını qanuni hesab edirlər.
|
| "Əlimizdə Azərbaycan kəndləri var" - Erməni deputat |
Qeyd edək ki, dünən "Vətəndaş Müqaviləsi" fraksiyasının üzvü Vahe Qalumyan parlamentdə jurnalistlər üçün keçirdiyi brifinqdə Ermənistan ərazisində hələ də Azərbaycana məxsus torpaqların olduğunu etiraf edib. O “Tavuşda Azərbaycan kəndləri var. İstisna etmirəm ki, onlar dəyişdiriləcək” deyib.
Tural Tağıyev
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


