Bakının daha bir küçəsində qanunsuz parklanmanın qarşısı alınacaq

Bakının daha bir küçəsində qanunsuz parklanmanın qarşısı alınacaq
  07 Avqust 2021    Oxunub:1032
Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın Nazim Hacıyev küçəsində təhlükəsizlik dirəkləri quraşdırır.
Bu barədə Azvision.az -a qurumun mətbuat katibi Mais Ağayev məlumat verib. Onun sözlərinə görə, bu addım sakinlərin çoxsaylı müraciətləri əsasında atılır: "Agentliyin fəaliyyət istiqamətlərindən biri paytaxtın inzibati ərazisindəki səkilərin kənarlarına təhlükəsizlik dirəklərinin quraşdırılmasıdır ki, bu da istər piyada rahatlığı, istərsə də piyada təhlükəsizliyi baxımından xüsusi əhəmiyyətə malikdir.

Vətəndaşlardan N.Hacıyev küçəsində nəqliyyat vasitələrinin səkilərdə qanunsuz parklanaraq piyadaların, xüsusilə əlilliyi olan şəxslərin hərəkətinə maneə yaratması ilə bağlı müraciətlər daxil olub. Əməkdaşlarımız da adı çəkilən küçədə araşdırmalar aparb və təhlükəsizlik dirəkləri quraşdırmağa başlayıb".




Azvision.az


Teqlər: Bakı   BNA  






Xəbər lenti