Almaniya referendumun nəticələrini tanımadı

Almaniya  referendumun nəticələrini tanımadı
  17 Mart 2014    Oxunub:977
Məlum olduğu kimi bir müddət əvvəl Krımın statusu ilə bağlı referendum keçirilib. Referendumun nəticələrinə görə, seçicilərin 96.77 faizi Krımın Rusiyaya birləşməsinə səs verib.
Almaniya isə bu nəticələri tanımadığını bəyan edib. Bu barədə AFR-in nazirlər kabinetinin rəsmi təmsilçisi Şteffen Zaybert açıqlama verib.

“Bu referendum Ukrayna konstitusiyasına və beynəlxalq normalara ziddir. Biz onu qanunsuz hesab edirik. Biz və bizim avropalı müttəfiqlərimiz nəinki səsverməni qanunsuz hesab edir, hətta onun nəticələrini tanımırıq” –deyə Zaybert qeyd edib.

Xatırladaq ki, bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin Amerikalı həmkarı Barak Obama ilə telefon söhbətində referendumun beynəlxalq normalara tam uyğun olduğunu bildirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti