50 kiloqram çəki dərəcəsində Monqolustan təmsilçisi Namuuntsetseq Oçir üzərində qələbə qazanan güləşçimiz hisslərini bölüşüb: “Bu medalı qazandığım və belə idman karyerasına sahib olduğum üçün Allahıma şükür edirəm. Çox xoşbəxtəm ki, bu gün 3-cü yeri tutdum. Çox emosiyalıyam, nə deyəcəyimi bilmirəm”.
Qeyd edək ki, Azərbaycan yığması Olimpiadanı 3 gümüş, 4 bürünc medalla başa vurub.



Azvision.az