Koronavirusu 70 faiz məhv edən dərman tapılıb

   Koronavirusu 70 faiz məhv edən dərman tapılıb
  09 Avqust 2021    Oxunub:1448
Beynəlxalq tədqiqatçılar qrupu Fenofibrat dərmanının və onun aktiv forması olan fenofibrik turşusunun insan hüceyrələrindəki koronavirusu məhv edə biləcəyini təsbit ediblər.
Azvision.az xəbər verir ki, bu barədə "Frontiers in Pharmacology" jurnalı məlumat yayıb.

Qeyd edək ki, Fenofibrat ürək-damar xəstəliyi riski olan xəstələrdə xolesterinin səviyyəsini aşağı salmaq üçün istifadə edilən bir dərmandır. Aparılan laboratoriya təcrübələri göstərib ki, Fenofibrat insan bədənində virus yükünü 70% azalda bilir. Mütəxəssislər bildirirlər ki, bu dərmanın çox ucuzdur və bütün dünyada əlçatan preparat sayılır. Ona görə də aşağı Fenofibrat və orta gəlirli ölkələrdə, həmçinin peyvənd edilməsi tövsiyə edilməyən xəstələr üçün çox faydalı ola bilər.

Tural Tağıyev
Azvision.az



Teqlər: Dərman   Koronavirus  





Xəbər lenti