ABŞ-dan Rusiyaya ilk sanksiyalar

ABŞ-dan Rusiyaya ilk sanksiyalar
  17 Mart 2014    Oxunub:979
ABŞ Prezidenti Barak Obama Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyanın bəzi yüksək vəzifəli məmurlarına qarşı sanksiya tətbiq edilməsi haqqında fərman imzalayıb.
Sanksiyaya məruz qalanlar arasında Federasiya Şurasının spikeri Valentina Matviyenko və Baş nazirin müavini Dmitri Roqozinin də adı var.

Sanksiyalar Moskvanın Ukraynadakı böhran zamanı atdığı addımlara cavab olaraq tətbiq olunur. Həmin şəxslərin ABŞ-a girişi qadağan edilir, aktivləri və mülkiyyəti isə bloka alınır.

Sanksiya siyahısında Leonid Slutski, Sergey Qlazyevin də adı var (Trend).


Teqlər:





Xəbər lenti