Tokio və Pxenyan danışıqları bərpa edir

Tokio və Pxenyan danışıqları bərpa edir
  18 Mart 2014    Oxunub:930
Yaponiya və KXDR-sı yaxın vaxtlarda münasibətlərin normallaşdırılması haqqında dialoqun bərpası üçün bir araya gələcək. AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, danışıqlar iki ölkə XİN-nin departament direktorları səviyyəsində keçiriləcək.

Qeyd edək ki, martın 3-də Çinin Şanxay şəhərində xarici siyasət idarələrinin təmsilçilərinin qeyri-formal görüşü keçirilib. Görüşdə Yaponiya və KXDR arasında dialoqun bərpa olunması qərara alınıb. Elə həmin vaxt orada, Yaponiya və KXDR-in Qırmızı Xaç Cəmiyyətinin əməkdaşları da məsləhətləşmələr keçirilib.

Qeyd edək ki, sonuncu dəfə Tokio və Pxenyanın ikitərəfli münasibətlərin normallaşdırılması məsələləri 2012-ci ilin noyabr ayında keçirilib. Lakin həmin ilin dekabr ayında KXDR-in böyük gücə malik raketlərin köməyi ilə süni peykinin buraxılmasından sonra Yaponiya ilə bütün əlaqələr kəsilmişdi.


Teqlər:





Xəbər lenti