Pan Gi Mun: İran Suriya ilə danışıqlara kömək edə bilər

Pan Gi Mun: İran Suriya ilə danışıqlara kömək edə bilər
  18 Mart 2014    Oxunub:925
BMT-nin baş katibi Pan Gi Mun Suriya böhranının həllində İran İslam Respublikasının mühüm rol oynayacağını vurğulayıb. AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, baş katib, iranlı məmurların öz suriyalı həmkarlarını konstruktiv danışıqlar prosesində inandırmağa qadir olduqunu deyib.

Bundan əlavə, Pan Gi Mun BMT və Ərəb Dövlətləri Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Lahdar Brahiminin Tehrana səfərini müsbət qiymətləndirib. Onun fikrincə, Brahiminin İranın ali rəhbərləri ilə görüşləri Suriya münaqişəsi ilə bağlı danışıqların aparılmasında mühüm rol oynayacaq.


Teqlər:





Xəbər lenti