Səddam Hüseynin qurbanları anılıb

Səddam Hüseynin qurbanları anılıb
  18 Mart 2014    Oxunub:1026
AzVision.az Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, İraqda Səddam Hüseynin dövründə yaşanan Hələbçə qırğınının 26-cı ildönümünə aid anım mərasimi keçirilib. Hələbçə şəhərində qurbanlar üçün qoyulan abidəni həlak olanların yaxınları və dövlət məmurları ziyarət edib.

Ziyarətdən sonra İraqın Ənfal və Şəhidlər naziri Aram Əhməd Hələbçə soyqırımı faciəsindən danışıb.

Bu kimi qırğınların təkrar baş verməməsi üçün beynəlxalq müstəvidə hər zaman bu cür hadisələrin gündəmə gətirildiyini söyləyən Əhməd Hələbçə vətəndaşlarının yaşadıqları ağrı və acıları paylaşdığını dilə gətirib.

Qeyd edək ki, 1988-ci ilin mart ayının 16-da Hələbçədə sözün əsl mənasında soyqırımı törədilib. Səddam Hüseyn Ənfal əməliyyatı zamanı Hələbçəni kimyəvi qazla vurub. Uşaqların və qadınların çoxluq təşkil etdiyi bu qırğında 5 min insan şəhid olub ,10 min nəfər isə yaralanıb. Bu günə kimi minlərlə körpə kimyəvi qazın gətirdiyi ziyanın nəticəsində ya ölü, ya da şikəst doğulur.


Teqlər:  





Xəbər lenti