Qəzetlərimiz nədən yazır

Qəzetlərimiz nədən yazır
  30 Mart 2013    Oxunub:1681
Bizim Yol

Azərbaycan siyasətində regionçuluq faktoru


“Yeni Müsavat” qəzetinin tribunasından heç vaxt məna kəsb edən söz deməyi bacarmayan şəxslərin tribuna kimi istifadə etməsi çox da yaxşı hal deyildir. Həyatında şüar deməkdən başqa heç vaxt heç bir iş görməyən şəxslərin ömrünü təmasda olduğu insanların yaxşı yaşamasına sərf etmişlər barədə tükürpədici haray qoparmasının kimə xeyri olacağı məlum deyildir”. Bunları eks-spiker, Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev facebook səhifəsində yazıb. O, Müsavat Partiyası icra aparatının rəhbəri Arif Hacılının bəzi ittihamlarına cavab verərkən bunları yazıb. Xatırladaq ki, R.Quliyev fasebook-da bir əvvəlki statusunda Müsavatın ünvanına kinayəli fikirlər işlətmişdi. “Mənim ən çox zəhləm getdiyi şey insanların ikiüzlü olması və yalan danışmasıdır. Əgər kimsə utanıb qızarmadan, məsələn, Ukraynaya məni xilas etmək üçün səfər edib yazırsa, o adamdan uzaq gəzmək lazımdır, ondan hər şey gözləmək olar. Əgər kimsə Azərbaycan xalqı birdir, onu bölgələrə ayırmaq olmaz, deyirsə, amma əslində komandası ilə birlikdə Naxçıvan və Ermənistan kökləri olanlar arasında nifaq salıb nəsə həyatda qazanmaq istəyirsə, beləsinin gərək salamını da qəbul etməyəsən», deyə ACP lideri həmin statusunda bildirmişdi. Arif Hacılı isə Rəsul Quliyevin bu atmacalarını Müsavatın ünvanına qəbul edərək sərt reaksiya verib. Belə ki, Rəsul Quliyevin 2005-ci ildə Ukraynada azadlığa buraxılmasında İsa Qəmbərin rolu olduğu haqda iddialara kinayəli münasibət, əlbəttə ki, Müsavata ünvanlanıb. Amma Naxçıvan klanı ilə Ermənistan klanı arasında nifaq salmaq cəhdinə görə ironiyanın Müsavata aidiyyəti yoxdur və buna görə Arif Hacılının qəzəblənərək Rəsul Quliyevə sərt reaksiya verməsi həqiqətən də yersizdir. Çünki Rəsul Quliyevin bu üstüörtülü ittihamının ünvanı Müsavat yox, EL Hərəkatı, bir qədər də konkretləşdirsək, Eldar Namazovdur.

Azadlıq

Polad Bülbüloğluna sərt ittiham


Azərbaycan Jurnalistlər Birliyinin və Rusiya Yazıçılar Birliyinin üzvü, Azərbaycanın ağır atletika üzrə çempionu və rekordçusu Valeri Tatarintsev səfir Polad Bülbüloğluna açıq məktubla müraciət edib.

V. Tatarintsev qeyd edir ki, P. Bülbüloğlu fevralın 25-də “Prezident otel”də keçirilən tədbirə dəvət edilib. Lakin səfir “AzərRoss”un təşkilatçısı olduğu və Xocalı soyqırımının anımına həsr olunan tədbirə qatılmayıb. Eləcə də “AzərRoss”un və Rusiya Azərbaycan Təşkilatları İttifaqının (“Milyarderlər ittifaqı”) martın 25-də Novruz bayramı ilə əlaqədar tədbirində də P.Bülbüloğlunu görən olmayıb. Açıq məktubun müəllifi Rusiyadakı səfirimizə müraciət edərək bu tədbirlərə niyə qatılmadığını soruşur. “Siz istər xoş günlərdə, istərsə də hüzr günündə soydaşlarınıza tüpürürsünüz. Bundan sonra haqqınızda nə düşünməliyik? Bir azərbaycanlı kimi sizə, dəstəyinizə necə güvənə bilərik? O cümlədən həmrəylinizə artıq bel bağlamırıq!”.

Gündəlik Bakı

Füzuli Ələkbərov əndişə içində


Hər prezident seçkisi öncəsi olduğu kimi, bu dəfə də hakimiyyət daxilində ciddi kadr dəyişikliklərinin olacağı gözlənilir. Buna görə də yaxın zamanlarda işdən uzaqlaşdırılacağı gözlənilən bəzi nazirlər şəxsi varidatlarını ölkədən kənara çıxarmağa başlayıblar. Onlar dünyanın ən təhlükəsiz dövlətlərindəki banklara pullarını yatıraraq yarana biləcək hər hansı sıxıntılı vəziyyətdən özlərini sığortalayırlar. Bir müddət əvvəl prezident məmurları tənqid edərkən onların övladlarının qudurğanlıqlarından, harınlıqlarından danışdı. Məlumatlara görə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərov bir müddətdir ölkədə yoxdur. Qardaşının İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən çıxarılmasından sonra nazir oğlunu İspaniyanın paytaxtı Madridə yola salıb. Əmək naziri bir neçə il öncə Madriddə oğluna dəyəri milyonlar civarında olan mülk alıb və indi Vüqar Ələkbərov o mülkdə istirahət edir. Hakimiyyətin onunla yolları ayıracağını hiss edən Füzuli Ələkbərov paytaxtadakı ticarət obyektlərini satışa çıxarıb.

Unikal

Bütövləşmə, yoxsa köhnə parçalanma?


Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Musa Quliyev bildirdi ki: ““El” hərəkatının, yaxud da Eldar Namazovun ətrafında müəyyən Ermənistan kökənli ziyalıların olması, hələ heç də o Ermənistandan olan böyük toplumun orada təmsil olunması demək deyil. Əgər o insanları vaxtilə Qərbi azərbaycanlılar adlandırılanlar dəstəkləsəydi, sonrakı dönəmdə millət vəkili seçilərdilər. Hansı ki, həmin şəxslər daim Ermənistandan olan adamların çoxluğu olan yerdən namizədlik veriblər və dəstək tapmayıblar, seçilməyiblər”. Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadənin söylədiyinə görə: “Azərbaycanda siyasi qurumların əksəriyyəti regionçuluq amili üzərində qurulub”. Partiya sədri hansı bölgədəndirsə, partiyanın əksər funksionerləri və əsas sosial bazası da həmin bölgənin insanlarında ibarət olur”.

Rövnəq Abdullayevin İsveçrədəki şirkəti ilə bağlı müəmmalar


İri xammal treyderlərinin yerləşdiyi İsveçrə höküməti srağagün bəyan edib ki, hələlik sahənin ciddi tənzimlənməsini tətbiq etməyəcək, amma treyder şirkətlərini daha açıq olmağa çağırıb. İsveçrə hökümətinin şəffaflıq çağırışından SOCAR Trading-in aid olduğu ARDNŞ-in və onun prezidenti Rövnəq Abdullayevin da payına çox şey düşdüyünü söyləmək olar. ARDNŞ-in demək olar ki, bütün törəmə müəssisələri kimi, SOCAR Trading-in də şəffaflıqdan əziyyət çəkdiyini açıq-aşkar söyləməyə ciddi əsaslar verir

Gündəm xəbər

Dindarların seçki umacaqları


Martın 27-də İslam Partiyası seçkilərdə iştirak edəcəyi ilə bağlı bəyanat yayıb. Partiyanın siyasi məsələlər üzrə sədrinin müavini Akif Heydərli deyir ki, sədr Mövsüm Səmədov həbsdədir. Onun haqqındakı cəza tədbiri dəyişsə, prezident seçkilərində birinci variant kimi partiyanın namizədi Mövsüm Səmədov olacaq. Ancaq ikinci variant da var: «İndiyədək bir neçə blok və siyasi partiyalarla ilkin müzakirələr aparmışıq. ADP, AXCP, VİP, «El» Hərəkatı ilə fikir mübadiləmiz olub. Biz həm də «Əxlaqlı seçki və ədalətli hakimiyyət uğrunda» islami hərəkat bloku təsis edəcəyik. Ancaq konkret kimimsə üzərində dayanmaq məsələsi birinci variantın baş tutub-tutmayacağından asılıdır». Dini ekspert Altay Göyüşovun fikrincə, məscidlərin bağlanması, hicab məsələsi, həbslər, dövlətin xütbələrə müdaxiləsi və başqa problemlərlə bağlı hökumət siyasəti uzun müddətdir ki, dini kəsimi razı salmır: «Siyasətə qoşulmayan, sırf özünün ibadət məsələsi ilə məşğul olan dindarlar istəyir ki, bağlanmış məscidlər açılsın. Onlar gözləyirlər ki, dövlət dini azadlıqların boğulması siyasətinə son qoysun. Siyasi proseslərə qatılan, yəni siyasi islam qolu dövlətin idarəçiliyinə öz düşüncəsinə uyğun normalar gətirməyə can atır. Onların siyasi qüvvəyə çevrilmək, eyni zamanda ölkənin ictimai-siyasi həyatına fəal qatılmaq niyyətləri var».


Gülər Əhmədovanın işində “tormoz” lanma...

Gülər Əhmədovanın vəkili Raqif Mustafayev onunla martın 27-də görüşüb. Vəkil açıqlamasında deyir ki, həbsdədir və buna görə də əhval-ruhiyyəsi normal deyil: «Ancaq özünü təqsirsiz sayır və mübarizə aparmaq əzmindədir». Vəkil əlavə edib ki, G.Əhmədovanın istintaq təcridxanasının tibb hissəsində iynə-dərmanla müalicəsi davam edir. «Şəkəri, təzyiqi, ürək sıxıntıları var. Gecələr ürək tutmaları olur. Əvvəllər əməliyyat olub, ondan da əziyyət çəkir». Vəkil deyib ki, istintaqda hər hansı yenilik yoxdur: «İstintaq heç bir hərəkət aparmır. Sonuncu dəfə təxminən iki həftə əvvəl onun yanına istintaqçı gəlib. Onu video barədə dindirmək istəyib. Gülər Əhmədova video barədə ifadə verməkdən imtina edib. Ona görə ki, videoları sübut kimi qəbul eləmir. Həm də istəyirik ki, videoların orijinalını gətirib yaysınlar. Çünki istintaq orqanındakı surətidir. Biz deyirik ki, əgər Elşad Abdullayev şikayət veribsə, gəlsin şikayətin üstündə dursun».

Yeni Müsavat

“Yeni Müsavat” aprelin 1-də aksiya keçirəcək


Xəbər verdiyimiz kimi, “Yeni Müsavat” qəzeti aprelin 1-də “Qasid” mətbuat yayımı firmasının qarşısında aksiya keçirəcəyini bəyan edib. Səbəb “Qasid”in qəzetə olan borcunu ödəməməsidir. Qəzetimizin baş direktoru Ələsgər Süleymanov bizə açıqlamasında bildirdi ki, aksiya məsələsi gündəmdədir. Buna səbəb hələ də qəzetin borclarının ödənilməməsidir: “Biz bu məsələni bir daha həmkarlarla müzakirə edəcəyik. Öz pulumuzu tələb edəcəyik”.

Zerkalo

Стоит ли думать про Ван и Ханкенди


Главное управление гражданской авиации при правительстве Армении (ГУГА) разрешит полеты гражданских самолетов из Еревана в находящийся под армянской оккупацией азербайджанский город Ханкенди. Об этом заявил начальник ГУГА Артем Мовсисян. По его словам, аэропорт Ханкенди небольшой, но красивый и удобный, и его мощности вполне достаточно для обеспечения планируемых пассажироперевозок. Известный азербайджанский политолог Ариф Юнус в своем интервью отметил, что если Азербайджан позволит аэропорту Ханкенди принимать самолеты, то завтра встанет вопрос приема самолетов и из других стран. По словам конфликтолога Юнуса, “вопрос аэропорта в действительности легко решаемый вопрос – в случае взаимного доверия. А когда нет доверия и есть страх, ничего не получится”.







Teqlər:  





Xəbər lenti