Erməni müxalifəti "yalan maşını"ndan əl çəkmir

   Erməni müxalifəti  "yalan maşını"ndan əl çəkmir
  13 Avqust 2021    Oxunub:2885
Ermənistan Müdafiə Nazirliyinin keçmiş rəsmisi Artsrun Ovanisyan növbəti dəfə erməni cəmiyyətinin tənqidinə tuş gəlib. Azvision.az -ın məlumatına görə, yerli media yazır ki, 44 günlük müharibə zamanı dezinformasiya yayması ilə yadda qalan Artsrun hazırda ölkədə ən çox nifrət olunan şəxslərdən birinə çevrilib.
Məsələn, erməni müxalifətçi, tanınmış ictimai fəal Tiqran Vardanyan bir vaxtlar hökumətin dezinformasiya maşını olmuş Artsurunu aşağılayıb. O iddia edib ki döyüşlərin aktiv dövründə hökumətin cəmiyyətdə yaydığı tezislər üzrə təbliğatlar aparmasına baxmayaraq Artsrun müxalif düşərgəni yersiz şəkildə düşmənə işləməkdə ittiham edir.

" Artsrun deyir ki, döyüşlər zamanı müxalifət dezinformasiya yaymaqla məşğul olub. Ovanisyan 44 günlük müharibədə olduğu kimi yalan danışır . Bir neçə faktı deyəcəyəm. Müharibə vaxtı, yazdığım postlara görə məni iki dəfə Daxili İşlər Nazirliyinin Kanaker-Zeytun rayonları üzrə bölməsinə dəvət etmişdilər. Bir dəfə isə polis məni əməliyyat bölməsinin binasından evimizə qədər müşayiət etdi. Hər üç problem mənim paylaşımlarıma görə yaranmışdı".

Erməni müxalifətçi iddia edib ki, paylaşımlarının birində Qetaşen kəndinin və Şaumyanın(Goranboy-red.) zəbt edilməsi barədə söz açıb və bu da sən demə hökumətin yaydığı yalan məlumat imiş.

"Başqa bir paylaşım guya bizim Gəncə aeroportunu vurmağımız haqda yayılan informasiya idi ki, mən də bunun yalan olduğunu faktlarla sübut etmişdim. Həmçinin, digər yalan informasiya əsgər və zabitlərin mövqeləri qoyub qaçdıqları üçün kapitulyatorun oğlu Aşotun ağlayaraq onları geri çağırması idi. Bir müxalifətçi olaraq hər biri aydın və hərtərəfli araşdırılmış üç məlumat yaymışam. İfşa etdiyim hər üç informasiya ilə bağlı paylaşımım yalan çıxmadı. Mütləq həqiqəti yazırsansa, o necə inkar oluna bilərdi?".

Tural Tağıyev
Azvision.az



Teqlər: Ermənistan   Müxalifət  





Xəbər lenti