iPhone Yaponiyada rekord vurur

iPhone Yaponiyada rekord vurur
  18 Mart 2014    Oxunub:1220
Apple şirkətinin iPhone smartfon modeli Yaponiyada ən populyar qurğu olmaqda davam etməklə satış həcminə görə rəqib şirkətlərin mobil qurğularını xeyli geridə qoyur.
Belə ki, Yaponiyada elektron qurğuların satışını izləyən BCN şirkətinin məlumatına görə, fevralda ölkədə ən populyar smartfon iPhone 5s modeli olub. Həmin ayda Yaponiya smartfon bazarının 44,5 faizi bu modelin payına düşür. Payı 5,9 faiz təşkil edən Apple iPhone 5c modeli ilə birlikdə ötən ay gündoğar ölkədə satılan smartfonların təxminən yarısı Apple şirkətinə məxsus olub. Müqayisə üçün qeyd edək ki, ötən ilin dekabrında Appleın Yaponiya bazarında payı 44 faizə bərabər olub.

AzVision.az ICTnews-a istinadən bildirir ki, ötən il bu ölkədə smartfon satışı ABŞ istehsalçısına 13,5 milyard dollar gəlir gətirib ki, bu da illik mədaxilin 7,9 faizi deməkdir.

Ötən ilin son rübündə Appleın smartfonlardan əldə etdiyi gəliri 5 milyard dollar və ya bütün mədaxilin 8,6 faizini təşkil edib ki, bu da şirkətə üç ay ərzində 11,6 faizlik əməliyyat mənfəəti qazandırıb.

Fevralda Apple ilə yanaşı, Sony şirkəti də qənaətbəxş fəaliyyət göstərsə də, nəticələri ABŞ istehsalçısının uğurları ilə müqayisəedilməzdir. Məsələn, Sony Xperia Z1 Compactın versiyası olan Sony Xperia Z1 f modeli Yaponiya bazarında 2,3 faizlik paya sahib çıxdığı halda fevralın yekunları üzrə Sony Xperia Z1 bu bazarda 2 faizlik payla kifayətlənib.


Teqlər:  





Xəbər lenti