ABŞ Əfqanıstana 3 min hərbçi göndərir

ABŞ Əfqanıstana 3 min hərbçi göndərir
  14 Avqust 2021    Oxunub:1298
Əfqanıstanda yaranmış gərgin vəziyyət bir sıra xarici ölkələrin vətəndaşlarını ölkədən təxliyyə etməsinə səbəb olub. Azvision.az xəbər verir ki, artıq ABŞ Əfqanıstandakı diplomatlarını və mütəxəssisləri təxliyə etmək üçün bu ölkəyə qoşun hissələri göndərməyə başlayıb.
Bu barədə açıqlama verən ABŞ Müdafiə Nazirliyinin rəsmisi Con Kirbi deyib ki, hərbçilərin əlavə kontingentinin əsas hissəsi həftənin sonunadək Əfqanıstanda yerləşdiriləcək. Bu kontingentə Kabil aeroportunda ABŞ diplomatlarının və mülki mütəxəssislərin ölkədən təhlükəsiz çıxarılmasını təmin edəcək üç tabor (üç min hərbi qulluqçu-red.) daxildir. Dəniz piyadası taborlarından biri artıq Kabildədir – digərləri isə növbəti bir neçə gün ərzində Əfqanıstanın paytaxtına gələcək. İstirahət günlərinin sonuna qədər üç minlik hərbi kontingentin əsas hissəsinin şəhərdə yerləşdiriləcəyi gözlənilir.

İngiltərə Əfqanıstana 600 hərbçi göndərir
Pentaqonun nümayəndəsi həmçinin qeyd edib ki, hazırda “Taliban” qüvvələri Əfqanıstan paytaxtını bilavasitə təhdid etmir, lalin onu ölkənin əsas hissəsindən təcrid etməyə çalışır. Vaşinqtonda taliblərin sürətlə irəliləməsini “böyük həyəcanla” izləyirlər.

Xatırladaq ki, dünən İngiltərənin müdafiə naziri Ben Uolles də Əfqanıstana ingilis hərbçilərin göndəriləcəyini açıqlamışdı. 600 nəfərlik heyət ingilis vətəndaşların ölkəni tərk etməsinə kömək edəcək.

Tural Tağıyev
Azvision.az




Teqlər:   ABŞ   Əfqanıstan  





Xəbər lenti