Taliban Faryab əyalətinin inzibati mərkəzini ələ keçirib

Taliban Faryab əyalətinin inzibati mərkəzini ələ keçirib
  14 Avqust 2021    Oxunub:804
Əfqanıstanda gərgin vəziyyət davam edir. Azvision.az xəbər verir ki, bu gün Taliban silahlıları ikinci dəfə mühüm bir şəhərə nəzarəti ələ keçirdiklərini bəyan ediblər.
Silahlılar ölkənin şimal -qərbindəki Faryab əyalətinin inzibati mərkəzi olan Meymene şəhərini zəbt ediblər.

Taliban daha bir şəhəri zəbt edib: Hərbçilər yaraqlıların tərəfinə keçib
Bununla bağlı hərəkat nümayəndəsi Zabiullah Mücahid "Twitter" hesabında paylaşım edərək deyib ki, Meymendəki valilik idarəsinin binası, polis bölməsi və digər dövlət qurumları artıq Talibanın nəzarətinə keçib. Terrorçuların hökumət ordusunun balansnda olan xeyli sayda silahları da ələ keçirdiyi bildirilir.

Tural Tağıyev
Azvision.az



Teqlər:   Taliban   Əfqanıstan  





Xəbər lenti