Taliblər Əfqanıstanın şimalındakı ən böyük şəhəri ələ keçiriblər

   Taliblər Əfqanıstanın şimalındakı ən böyük şəhəri ələ keçiriblər
  14 Avqust 2021    Oxunub:871
Əfqanıstanda vəziyyət gərgin olaraq qalır. Azvision.az ​"Associated Press"ə istinadən xəbər verir ki, Taliban yaraqlıları Bəlx əyalətinin mərkəzi və Əfqanıstanın şimalında ən böyük şəhər sayılan Məzari-Şərifi ələ keçirib.
Əfqanıstanda vəziyyət gərgin olaraq qalır. Azvision.az "Associated Press"ə istinadən xəbər verir ki, Taliban yaraqlıları Bəlx əyalətinin mərkəzi və Əfqanıstanın şimalında ən böyük şəhər sayılan Məzari-Şərifi ələ keçirib.

Taliban Faryab əyalətinin inzibati mərkəzini ələ keçirib
Bu barədə agentliyə açıqlama verən əfqan parlamentarilərdən biri deyib ki, əvvəlcə əyalətdə yerləşən Əfqanıstan ordusu bölmələri daha sonra isə digər hökumətyönlü qüvvələr silahlılara təslim olublar.

"Taliban" ın qubernatorluğu və digər obyektləri ələ keçirdiyi bildirilir. Hazırda Əfqanıstanın böyük şəhərlərindən yalnız Pakistanla sərhəddəki, şərqdəki Nanqarhar əyalətinin mərkəzi olan Kabil və Cəlalabad hökumətin nəzarətindədir.
Qərb mediası ABŞ kəşfiyyatındakı mənbələrə istinadən məlumat yayıb ki, Taliban tezliklə Kabili nəzarətə götürə biləcək.

Tural Tağıyev
Azvision.az



Teqlər:   Taliban   Əfqanıstan  





Xəbər lenti