Sürücülərin nəzərinə - yol bağlanır

Sürücülərin nəzərinə - yol bağlanır
  18 Mart 2014    Oxunub:974
Bu gün Bakının əsas yollarından biri bağlı olacaq.
Aeroport şossesinin Heydər Əliyev adına hava limanından Sabunçu yol qovşağına qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin məlumatına görə, yolların bağlanması yol cizgiləri və yol göstərici xətlərinin yenidən rənglənməsi ilə əlaqədardır.

Qeyd olunan yolda məhdudlaşma bu gün saat 11:00-dan 18:00-a qədər tətbiq olunacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti