“Taliban” Əfqanıstanda İslam Əmirliyi yaradacaq

   “Taliban” Əfqanıstanda    İslam Əmirliyi yaradacaq
  15 Avqust 2021    Oxunub:3002
“Taliban” qruplaşması tezliklə Əfqanıstanı İslam Əmirliyi elan edəcək. “Associated Press”in taliblərin təmsilçisinə istinadla yaydığı xəbərə görə, bu haqda bəyanat Kabuldakı prezident sarayından veriləcək.
Yada salaq ki, taliblərin hakimiyyətdə olduqları 1996-2001-ci illərdə Əfqanıstan məhz belə adlanırdı. ABŞ-ın silahlı qüvvələri Əfqanıstanı tutandan sonra İslam Əmirliyi ləğv olunmuşdu.

Bir qədər əvvəl hərəkatın nümayəndəsi Əlhənəfi Vardak bildirmişdi ki, ölkədə aralıq hökumətin yaradılması müzakirə olunmur. “Hakimiyyət İslam Əmirliyinin liderlərinə veriləcək”,- o, öz Tvitter hesabında bildirib.

Tariyel
Azvision.az



Teqlər: Əfqanıstan   Taliban  





Xəbər lenti