Azərbaycanda yarımildə 56 mindən çox körpə doğulub

 Azərbaycanda yarımildə 56 mindən çox körpə doğulub
  17 Avqust 2021    Oxunub:979
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-iyun aylarında 56063 doğulan körpə qeydə alınıb.
Bu barədə Azvision.az - a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, əhalinin hər 1000 nəfərinə bu göstərici 11,3 təşkil edib.

Doğulanların 53,1 faizi oğlan, 46,9 faizi isə qız uşaqları olub.

Azvision.az





Teqlər: Doğum  



Xəbər lenti