Ərdoğan Putini hədələdi

Ərdoğan Putini hədələdi
  18 Mart 2014    Oxunub:960
Rusiya Ukraynaya hücum edərsə, Türkiyə Bosfor boğazını bağlayacaq.
Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə telefonla danışaraq ona Ukrayna ilə müharibənin fəsadları barədə xəbərdarlıq edib. Bu barədə Türkiyə mətbuatı diplomatik mənbəyə istinadən xəbər verir.

Diplomatik mənbədən bildirilib ki, krım tatarlarının fəxri lideri Mustafa Cəmil və R.T. Ərdoğanın sonuncu görüşü zamanı Rusiyanın yürütdüyü aqressiv siyasət nəticəsində Krım tatarlarına qarşı mümkün təhlükə müzakirə edilib.

Görüş zamanı Cəmilov martın əvvəlində bir Krım tatarının naməlum şəxslər tərəfindən öldürüldüyünü bildirib.

Mustafa Cəmillə danışıqlardan sonra Ərdoğan Putinə zəng edib və bildirib ki, RusiyaUkraynaya hərbi müdaxilə edərsə, yaxud da Krım özünümüdafiə dəstələri krım tartarlarına qarşı zor tətbiq edərsə, Türkiyə Cumhuriyyəti Qaradənizdəki boğazlarını rus gəmiləri üçün bağlamağa məcbur qalacaq.

Xatırladaq ki, bu gün ABŞ , Avropa İttifaqı, Yaponiya və Kanada Rusiya və Ukraynaya qarşı sanksiyalar tətbiq edib. NATO isə RF ilə praktik əlaqələri dayandırmağa qərar verib.

Səbinə Həsənova


Teqlər:





Xəbər lenti