Amerika mətbuatı: “Putin Şərqi Ukraynanı da ələ keçirmək istəyir”

Amerika mətbuatı: “Putin Şərqi Ukraynanı da ələ keçirmək istəyir”
  18 Mart 2014    Oxunub:1249
Rusiya prezidentinin Ukraynada güc tətbiq etmək üçün Federasiya Şurasından razılıq almasından iki həftə keçib.

Qərb, xüsusən Amerika mətbuatı Krım hadisələri və Rusiyanın ərazini ilhaq etməsi ilə bağlı geniş yazılar yazır.

Belə yazılardan birini analitik “The New Republic” jurnalının baş redaktoru Yuliya Yoffe yazıb. AzVision.az xanım Yoffenin yazdığı analitik məqaləni qısa ixtisarlarla təqdim edir.

“Vladimir Putin bununla göstərmək istəyib ki, nəinki Krımda, Ukraynanın digər bölgələrində də güc tətbiq etmək niyyətindədir. Şübhəniz olmasın ki, o, Şərqi Ukraynanı da ələ keçirmək istəyir”-deyə “The New Republic” jurnalının baş redaktoru bildirib.

Məqalə müəllifi martın 15-də baş vermiş bir epizoda diqqət çəkir. Üzərlərində heç bir fərqləndirici işarə olmayan təxminən 80 nəfər hərbçi Xerson vilayətinin Strelkovo kəndində qaz xətti stansiyasını ələ keçirdilər. Martın 16-sı səhər isə Krımın baş naziri Sergey Aksenov Rusiyaya müraciət edərək Qara dəniz donanmasının ələ keçirilmiş stansiyanın mühafizə etməyə çağırdı.

“İş ondadır ki, Krımda son vaxtlar elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Kiyevdəki mərkəzi hakimiyyət isə Krıma verilən enerji, qaz və suyu kəsəcəyi bildirib. Yarımadanın coğrafi xüsusiyyətlərini nəzərə aldıqda bunu etmək çətin olmayacaq”- deyə məqalədə deyilir.

Krım sırf texniki baxımdan yarımadadır. Ukraynanın əsas əraziləri ilə onu Perekop bərzəxi birləşdirir. Bütün qalan əlamətlərinə görə, ora Yunanıstana yaxud bir az ərimiş İsveçrə pendirinə bənzəyir”-deyə jurnalist öz müşahidələrini bölüşür.

“Krım Rusiya ilə birləşəcəkmi?”-deyə məqalə müəllifi sual verir və özü də sualını qarşılıq verir. “Ümumilikdə, yox”.Rusiya yarımadadan Kerç boğazı vasitəsilə ayrılıb. Lakin Kerçi digər sahildə yerləşən Krasnodarla birləşdirən körpü yoxdur. “İndi biz anlamağa başlayırıq ki, Xruşşov Krımı Ukraynaya verərkən hansı məntiqə əsaslanıb”-deyə Yuliya Yoffe yazıb.

Əgər rəsmi Kiyev yarımadaya gedən qazı, işığı, suyu kəssə, Moskva yeni əldə etdiyi Krımı necə təchiz edəcək? “Rusiyanın yerində olsaydınız, zəruri ərzaq məhsullarını boğazdan bərələr vasitəsilə daşımağa, yaxud bahalı körpülər tikməyə, boru kəmərləri çəkməyə razı olardınızmı?

Onsuz da irimiqyaslı gərginliyə səbəb olan bu işğalı Perekop bərzəxindən şərqə və şimala genişləndirməklə daha əlverişli mövqe qazanmaq olmazmı? Və hələ ki, siz ordasınız, zəngin daş kömürü və zavodları olan Şərqi Ukraynanı da ələ keçirmək istəməzdinizmi? Nəzərə alsaq ki, sizin razılığınız da var?”- deyə Yuliya Yoffe Putinə ünvanlanmış yazını yekunlşadırır.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti