Paşinyan Azərbaycanla sərhədi MTX-ya verir: Sülhə hazırlıq gedir?

   Paşinyan Azərbaycanla sərhədi MTX-ya verir:   Sülhə hazırlıq gedir?
  18 Avqust 2021    Oxunub:3264
Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədlərin bəzi hissələrinin mühafizəsini sərhəd qoşunlarına verməyi planlaşdırır.
Azvision.az xəbər verir ki, bu barədə o, hökumətin 2021-2026-cı illər üçün proqramını təqdim edərkən bildirib.

"Proqramımız və planımız budur ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları tezliklə Silahlı Qüvvələrdən daha çox ərazini təhvil alacaq. Bu baxımdan sərhəd qoşunları genişləndirilməli və islahatlar aparılmalıdır",- Paşinyan deyib.

Ermənistan 5 ilə Xarici Kəşfiyyat Xidməti quracaq
Onun sözlərinə görə, bu, Ermənistanın dinc regional gündəmi təşviq etmək istəyini sübut edir.

Paşinyan qeyd edib ki, adətən sərhədçilər hərbi deyil, sülh zonası sayılan ərazilərə öz xidmətlərinə götürürlər.

Qeyd edək ki, hazırda Ermənistan sərhədçiləri yalnız Gürcüstanla sərhədi qoruyurlar. İran və Türkiyə ilə sərhəd Rusiya hərbçilərinin nəzarətindədir. Ermənistan Silahlı Qüvvələri yalnız Azərbaycanla sərhəddə dayanır.

Tural Tağıyev
Azvision.az



Teqlər:   Sərhəd   Paşinyan  





Xəbər lenti